Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında davam edən hakimiyyət mübarizəsi Sudanda on minlərlə insanın ölümünə və milyonlarla insanın didərgin düşməsinə səbəb olur.
Elchi.az xəbər verir ki, Liviyadan Sudana silah daşıyan onlarla keçmiş Kolumbiyalı əsgərin öldürülməsi xəbəri gündəmə bomba kimi düşüb.
Sudanda iki tərəf arasında münaqişə yerli ölçüdən kənara çıxıb. Burada yüzlərlə kolumbiyalı veteran döyüşür.
La Silla Vacia xəbərinə görə, 300 Kolumbiyalı əsgərin Sudanda olduğu bildirilir.
Cümə günü, Noyabrın 29-da Sudan Silahlı Qüvvələri, döyüşdükləri Sürətli Dəstək Qüvvələrinin sıralarında olduqlarını söylədikləri 22 Kolumbiyalı muzdlu əsgəri pilotsuz uçuş aparatlarından istifadə edərək hücumla öldürdüklərini iddia etmişdilər. Hadisənin Darfurda baş verdiyi bildirilir.
Bəs bütün bu Kolumbiyalı əsgərlərin burada nə işi var? Əslində bu vəziyyət yeni deyil. İstər Ukrayna-Rusiya müharibəsi olsun, istərsə də ABŞ-ın Əfqanıstan və İraqdakı əməliyyatları olsun, hamısında xarici əsgərlərin döyüşdüyü müşahidə olunub.
Bu əsgərlər minlərlə dollar maaşla bu ölkələrə səyahət edir, onlarla heç bir əlaqəsi olmayan səbəblərdən qan tökür və ya ölürlər.
Kolumbiyalı keçmiş əsgərlərin son zamanlar bu bölgələrdə daha tez-tez görünməyə başladığı bildirilir.
Təqaüdə çıxdıqdan sonra kifayət qədər gəliri olmadığı üçün dolana bilməyən əsgərlər sağ qalmaq üçün münaqişə bölgələrinə gedirlər.
Kolumbiya mətbuatı iddia edir ki, bu əsgərlər az riskli iş vədi ilə gətirilib, lakin müharibənin ön cəbhəsinə aparılıb və aldadılıblar. Hətta onların bəzilərinin müharibəyə getdiklərini belə bilmədikləri iddia edilir.
Xəbərdə kolumbiyalıların Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlər vasitəsilə döyüş bölgələrinə aparıldığı iddia edilir. Sudan Silahlı Qüvvələri də bu məsələdə BƏƏ-ni günahlandırır. BƏƏ ittihamları rədd edir. Birləşmiş Millətlər Təşkilatının Hesabatı Birləşmiş Ərəb Əmirliklərini təkzib edir.
Bu bölgələrə aparılan kolumbiyalıların hekayələri də diqqət çəkir. Liviyada təhlükəsizlik işlərinə cəlb olunduqlarını deyən bəzi əsgərlər əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinə aparıldıqlarını, daha sonra toqquşmaların baş verdiyi bölgələrə buraxıldıqlarını söyləyirlər.
Şayəstə Hüseynova