“Rusiyada Ukrayna ətrafında hadisələr necə inkişaf edəcək?” mövzusunda rus mediası sorğu keçirib.
Alp.az xəbər verir ki, sorğuda iştirak edənlərin yarıdan bir qədər azı (44%) Rusiyanın qondarma rejimləri tanıyacağına inanır. Eyni zamanda 35% Kiyevin Donbasa hücum edəcəyinə əmindir.
13% sorğu iştirakçısı qondarma rejimlərin tanınmasının Rusiya üçün pis nəticələnəcəyi qənaətindədir. “Üçüncü Dünya Müharibəsi başlayandan sonra bunun heç bir əhəmiyyəti olmayacaq”. 4%-i “Rusiya Ukraynaya hücum edəcək, ABŞ və NATO isə sanksiyalar tətbiq edəcək” və “ABŞ və NATO Rusiya ilə müharibəyə başlayacaq” variantlarını seçənlər toplayıb.