image-61716d01572a261716d01572a3163482342561716d01572a061716d01572a1backend

Kamran Əliyev 3 rayona yeni prokuror TƏYİN ETDİ 

Azərbaycanda 2 rayon və 1 şəhərə yeni prokurorlar təyin olunub.

Baş Prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən ədliyyə müşaviri Fuad Məmmədov paytaxtın Binəqədi rayonuna yeni prokuror təyin edilib.

Baş prokurorun digər əmri ilə ədliyyə müşavirləri Rahim Səfəralıyev Xızı rayonuna, Kamal Talıbov isə Şirvan şəhərinə prokuror təyinatı alıblar.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki