İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Rusiya-Ukrayna müharibəsinə dəstək olaraq Kiyevə göndərdikləri silahların yalnız Ukrayna ərazisində istifadə oluna biləcəyini və münasibətlərində heç bir dəyişiklik olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Tajani Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində italyan mətbuat mənsublarına beynəlxalq və Aİ gündəmində olan məsələlərlə bağlı qiymətlər verib.
Rusiya-Ukrayna müharibəsinin həlli üçün geniş iştirakla konfrans istədiklərini ifadə edən Tajani, “Ruslar, Çinlilər, Hindistanlılar və Braziliyalıların iştirakı ilə sülh konfransının keçirilməsinin tərəfdarıyıq və ümid edirəm ki, Pekin oynaya bilər. Bu mənasız müharibəyə son qoyulması lazım olduğunu başa düşən Moskvanın müsbət rolu təbii ki, “Şimali Koreya əsgərlərinin (Rusiya-Ukrayna müharibəsində) olması yaxşı əlamət deyil ” – deyib.
Almaniya kansleri Olaf Şoltsla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı İtaliyalı nazir, “Məncə (bu telefon danışığının) böyük bir təsiri olduğunu düşünmürəm. Düşünürəm ki, NATO üzvü olan bütün ölkələr və həmsöhbətlərin bunu etmələri düzgün olardı. Birgə və ahəngdar bir qərar, buna görə də sülh konfransına ehtiyac var”, – deyə nazir vurğulayıb.
Nuranə Məmmədova