İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə endirdiyi hava hücumu nəticəsində 6 fələstinlinin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı açıqlanıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Cenin qaçqın düşərgəsini bombalayıb.
Açıqlamada İsrailin Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hava hücumunda həyatını itirən 6 fələstinlinin cənazələrinin və yaralıların Cenin Dövlət Xəstəxanasına aparıldığı bildirilib.
7 oktyabr 2023-cü il tarixindən indiyədək işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində 167-si uşaq olmaqla 843 fələstinli həyatını itirib.
Şayəstə Hüseynova