image-corc-dikbackend

İsrail səfiri Azərbaycana başsağlığı verdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Elchi.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.

“Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm”, – diplomat qeyd edib.

Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb:

“Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki