İsrail ordusunun Qəzza zolağında bir avtomobilə və bir evə təşkil etdiyi hücumda 2-si uşaq və yardım işçisi olmaqla 7 fələstinli həyatını itirib və yaralanıb.
Elchi.az xəbər verir ki, Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində bir mülki avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alması nəticəsində 4 yardım işçisi həyatını itirib.
İsrail ordusunun Qəzza şəhərinin cənubundakı Zeytun rayonunda bir evə təşkil etdiyi hücumda 2-si uşaq olmaqla 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Ölən və yaralananlar Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 min 492-si uşaq, 11 min 979-u qadın olmaqla 45 min 317 fələstinli həyatını itirib, 107 min 713 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Şayəstə Hüseynova