image-metabackend

İrlandiyadan “Meta”ya 251 milyon avro cərimə

Avropa İttifaqında fərdi məlumatlarla bağlı fərdlərin əsas hüquqlarını qorumaqdan məsul olan milli müstəqil orqan olan İrlandiya Məlumatların Mühafizəsi Komissiyası “Metan”ı 251 milyon avro cərimələyib.
Elchi.az xəbər verir ki, Komissiyanın açıqlamasına görə, 2018-ci ilin sentyabrında Meta haqqında bildirilən şəxsi məlumatların pozulması ilə bağlı iki araşdırmada yekun qərar qəbul edilib.
Bu kontekstdə Meta , 3 milyonu Avropa Birliyində olmaqla dünya üzrə 29 milyon Facebook hesabına təsir edən bu məlumat pozuntusuna görə 251 milyon avro cərimələnib .
“Meta” sözügedən pozuntunu aşkar etdi və bildirildikdən qısa müddət sonra onu düzəltdi.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki