image-iran-suudi-arabistan-01012025-4-uw9esrxnbackend

İran: Trampdan mesaj gəlməyib

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampdan nüvə danışıqlarının bərpası ilə bağlı heç bir mesaj almadıqlarını bildirib.
Elchi.az xəbər verir ki, İran Tələbə Xəbər Agentliyinin (SNN) məlumatına görə, Əraqçi Nazirlər Kabinetinin iclasından sonra gündəmlə bağlı sualları cavablandırıb.
Avropa ölkələri ilə danışıqların davam etdiyini bildirən Əraqçi deyib:
“ABŞ-da etimad problemi davam edir. Biz əvvəllər razılığa gəldik və onu həyata keçirdik, lakin onlar bunu pozdular. Bu inamsızlıq təkcə gözəl sözlərlə aradan qaldırılmayacaq. Biz praktiki və aydın siyasi yanaşma görmək lazımdır. O zaman qərar verə bilərik.”
Digər tərəfdən, İran parlamentinin sədr müavini Həmid Rza Hacıbabayi dövlət televiziyasına verdiyi açıqlamada, ölkəsinin ABŞ-a qarşı heç bir düşmənçiliyi olmadığını və ədalətli danışıqlara hazır olduqlarını bildirib.
Hacıbabayi, “Bizim ABŞ-la heç bir düşmənçiliyimiz yoxdur. Müharibə yoxdur ki, düşmənçilik olsun. Amma ABŞ üstünlüyü bərqərar etməyə çalışır”- deyib.
İran rəsmisi qeyd edib ki, ədalətli olmaq şərti ilə ABŞ-la danışıqlar apara bilərlər.
Nüvə danışıqları
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan nüvə sazişi 2015-ci il iyulun 14-də İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa arasında imzalanıb.
2017-ci ildə ABŞ prezidenti olan Donald Tramp 2018-ci ilin mayında ölkəsinin birtərəfli qaydada sazişdən çıxdığını açıqlamışdı.
Nüvə danışıqlarına yenidən başlamaq cəhdləri nəticə vermədi və İran uranı 60 faizə qədər zənginləşdirdi.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Grossi 2024-cü ilin dekabrında verdiyi bəyanatda Tehrana səfəri zamanı İran prezidenti Məsud Pezeşkiyan və xarici işlər naziri Abbas İrakçi ilə görüşdüyünü və danışıqlara başlamaq prosesində olduqlarını bildirib.
Yanvarın 13-də Cenevrədə İran və Almaniya, İngiltərə və Fransa arasında danışıqların üçüncü raundu keçirilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki