image-download-5backend

İran: Suriyada xalqın təsdiq etdiyi hökuməti dəstəkləyirik

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir və bu ölkə xalqının bəyəndiyi hökuməti dəstəkləyəcək.
Elchi.az xəbər verir ki, Əraqçi Qətərə səfəri zamanı Əl-Cəzirə televiziyasına verdiyi müsahibədə Həmas və Fələstin müqavimət qruplarını atəşkəsdən sonra əldə etdikləri “qələbə” və əsir mübadiləsi zamanı fələstinli məhbusların geri qaytarılması münasibətilə təbrik edib.
HƏMAS-ın 7 oktyabrda Əl-Əqsa tufanı əməliyyatını xatırladan İrakçi bunun “Fələstin davasını canlandırdığını və onu regionda və dünyada bir nömrəli məsələyə çevirdiyini” vurğulayıb.
İrakçi Suriyadakı proseslərlə bağlı da dəyərləndirmələr edərək , “Suriya xalqının bəyənəcəyi istənilən hökuməti və bu ölkənin sabitliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyik” – deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki