Böyük Britaniya hökuməti süni intellekt tərəfindən yaradılan uşaq istismarı görüntüləri ilə mübarizə aparmaq üçün dörd yeni qanun tətbiq edəcəyini açıqlayıb. Yeni qaydalara əsasən, uşaq istismarı məzmununun istehsalı, paylaşılması və ya saxlanması məqsədilə hazırlanmış süni intellekt vasitələri qadağan ediləcək. Bu cinayəti törədənləri 5 ilə qədər həbs gözləyir.
Elchi.az xəbər verir ki, Hökumət həmçinin süni intellektdən istifadə edərək uşaq istismarını təbliğ edən bələdçilərin saxlanmasını da qanunsuz edəcək. Belə məzmuna sahib olanları 3 ilə qədər həbs gözləyir.
Daxili işlər naziri Yvette Cooper BBC-yə süni intellektin onlayn uşaq istismarını xeyli artırdığını deyib və əlavə edib: “Bu texnologiya uşaq istismarını sənayeləşmiş səviyyəyə aparır. Hökumət olaraq, bu sahədə tədbirlərimizi daha da irəli aparmalı ola bilərik.”
Şayəstə Hüseynova