Böyük Britaniyanın səhiyyə sistemi artan qrip hallarına görə sıx təzyiq altındadır. İngiltərənin Səhiyyə Naziri Ues Stritinq bu ilin əvvəlində Milli Səhiyyə Sisteminin (NHS) 53,000 işçisinin yalnız bir həftə ərzində xəstəlik məzuniyyəti aldığını açıqlayıb. Nazir Stritinq xəstələrin dəhlizlərdə müalicə edilməli olduğunu “qəbuledilməz” adlandırıb.
Elchi.az xəbər verir ki, Streeting, qrip pandemiyasının təsiri və kadr çatışmazlığı səbəbindən xəstələrin təhlükəsizlik və ya ləyaqət olmadan müalicə edildiyini söylədi.
Nazir bildirib ki, bu vəziyyət nəticəsində bəzi xəstələr saatlarla təcili yardım maşınını gözləməli olub və müvəqqəti ərazilərdə müalicə olunublar.
Nazir koridorlarda müalicə alan xəstələrin vəziyyətini “14 illik səhiyyə siyasətinin uğursuzluğunun amansız nəticəsi” kimi qiymətləndirərək, “bu təcrübəni tarixə yazmaq” istədiklərini bildirib.
Lakin o, bu problemi qısa müddətdə həll etmək mümkün olmadığını və gələn qışda da oxşar halların yaşana biləcəyini bildirib.
Şayəstə Hüseynova