ABŞ-ın Havay ştatında Kilauea vulkanında püskürmə baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Kilaueanın yerli vaxtla saat 02:00 radələrində aktivləşdiyini açıqlayıb.
Açıqlamada vulkanda aktivliyin gün ərzində davam etdiyi, lakin partlayışın bölgə sakinləri üçün təhlükə yaratmadığı bildirilib.
Açıqlamada lavanın təqribən 650 dekar ərazini əhatə etdiyi və partlayışlar səbəbindən vulkanik qaz emissiyalarının yüksək olduğu bildirilib.
Açıqlamada vulkanın yenidən aktivləşmə ehtimalı ilə əlaqədar yaxından izləndiyi bildirilib.
Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürmələr yaşayır.
Şayəstə Hüseynova