Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki bölgəsində müvəqqəti olaraq bağlanan akvariumun səlahiyyətliləri, tənhalıqdan sağlamlıq problemi yaşadığı deyilən günəş balığına kartondan insan ziyarətçiləri düzəltməklə çarə tapıb.
Elchi.az xəbər verir ki, Yaponiyanın Mainichi qəzetində çıxan xəbərə görə, Şimonosekidəki Kaikyokan Akvariumunun X sosial media hesabında günəş balığının sağlamlıq vəziyyəti ilə bağlı paylaşım edilib.
Yazıda, 2024-cü ilin dekabrında akvariumun müvəqqəti olaraq təmirə bağlanmasından sonra günəş balığının bir müddət sağlamlıq problemi yaşadığı bildirilib.
Səlahiyyətlilər əvvəlcə sağlamlıq problemlərinin bir növ parazit və ya həzm problemindən qaynaqlandığını düşünürdülər, lakin sonradan belə qənaətə gəldilər ki, günəş balığının təcrid olunması və ziyarətçilərin olmaması problemlərə səbəb ola bilər.
Səlahiyyətlilər balıqlar üçün kartondan insan düzəltməklə bu problemin həllini tapıblar və ziyarətçi görkəmi vermək üçün akvariumun xaricində insan fiqurları yapışdırılmış kartonlar və paltarlar yerləşdiriblər.
Səlahiyyətlilər bir müddət sonra günəş balığının sağlamlıq vəziyyətinin yaxşılaşdığını qeyd edib.
Şayəstə Hüseynova