ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiya Federasiyası ilə müzakirələrlə Ukrayna münaqişəsinə hələ də son qoya bilər.
Elchi.az xəbər verir ki, bu barədə jurnalist Saymon Cenkins “Guardian” qəzetinin məqaləsində xəbər verir.
“İndi Putin Ukraynanı əlverişsiz vəziyyətdə saxlayır. NATO isə qeyri-müəyyən mövqedə… Ola bilsin ki, Trampın ikinci müddətində xaos və qeyri-müəyyənlik başlamamış müqavilə bağlamaq mümkün olacaq”, – Cenkins deyib.
Onun sözlərinə görə, Ukrayna öz ərazilərini qaytara bilməyəcək və Birləşmiş Ştatların köməyi olmadan məhvə məhkumdur. Buna görə də silahlı münaqişəyə son qoymaq üçün Bayden danışıqlar prosesinə indi başlamalıdır.
Amerikada keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp Söz verib ki, Ukraynada münaqişənin müzakirə edilmiş həllinə nail ola biləcək. O, dəfələrlə bildirib ki, münaqişəni bir günə həll edə biləcək.
Yeganə