Google, ABŞ seçkilərində Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa səs verəcək yerləri axtararkən axtarış sistemində fərqli nəticələrə səbəb olan problemi aradan qaldırdıqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, axtarış sisteminin verdiyi fərqli nəticələrlə bağlı Google-dan açıqlama verilib.
Açıqlamada səsvermə mərkəzlərinin yerləri axtarılarkən Harris üçün fərqli nəticələrin olmasının səbəbinin Texas əyalətində Harris adlı bir bölgənin olması olduğu ifadə edilib.
Açıqlamada Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ohayo ştatından senator Ceyms Devid Vansın soyadının da bir bölgənin adı olduğu üçün ‘Vance’ axtarıldığında da eyni problemin yaşandığı və problemin həll edildiyi bildirilib.
Şayəstə Hüseynova