Finlandiyanın baş naziri Petteri Orpo ABŞ prezidenti Donald Trampın “Qrenlandiyanı satın almaq” ritorikasına cavab olaraq Danimarkanı dəstəklədiyini bəyan edib.
Elchi.az xəbər verir ki, Finlandiyanın “YLE” xəbər agentliyinin məlumatına görə, Orpo paytaxt Helsinkidə keçirdiyi mətbuat konfransında Qrenlandiya müzakirələri və Baltik dənizində kabel əlaqəsi kəsilməsi ilə bağlı açıqlama verib.
Orpo Qrenlandiyanın Danimarkanın tərkibində qalmasının tərəfdarı olduqlarını və bu mövzuda Danimarka ilə təmasda olduqlarını bildirib.
Daha əvvəl Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını “öz danışıq tərzi var” deyə ciddi qəbul etmədiyini bildirən Orpo, bu açıqlamaların ciddi ola biləcəyinə diqqət çəkərək, “Əsas məsələ sərhədləri heç kimin dəyişdirə bilməməsidir. ” dedi.
Trampın Avropaya sanksiya tətbiq etmə ehtimalı ilə bağlı Orpo, mümkün sanksiyaların Finlandiyanın ixraca əsaslanan iqtisadiyyatına zərər verəcəyini bildirib.
Baş nazir Orpo, “Baltik dənizində 4 telekommunikasiya kabelinin qopmasına Rusiyanın səbəb olduğu aydındır” və araşdırmanın davam etdiyini qeyd edib.
Trampın Qrenlandiya bəyanatı və telekommunikasiya kəsilməsi
23 dekabr 2024-cü ildə Tramp Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə ritorikasını təkrar edərək, adaya sahiblik və nəzarətin olmasının “mütləq zərurət” olduğunu müdafiə etdi.
Trampın bu sözləri bir çox insanın, xüsusən də Qrenlandiya rəsmilərinin reaksiyasına səbəb olub.
Nuranə Məmmədova