Finlandiya “Eagle S” tankerini saxlanması üçün əsas olmadığı üçün həbsdən azad edib.
Elchi.az xəbər verir ki, bu barədə Finlandiya polisinin saytında məlumat verilib.
Gəmi sərhəd xidmətinin nəzarəti altında ərazi sularını tərk edir. Onunla birlikdə beş ekipaj üzvü sərbəst buraxılıb, daha üç nəfər isə həbsdə qalıb.
Daha əvvəl bildirilmişdi ki, Finlandiya gömrüyü tankerin yükü ilə bağlı icraat başlatmayıb.
2024-cü ilin dekabr ayının sonunda Finlandiya polisi Kuk adaları bayraqlı “Eagle S” neft tankerini “EstLink 2” sualtı kabelinə zərər verməkdə şübhəli bilinərək saxladı.
Yeganə