image-60-pic_32ratio_900x600-900x600-46814backend

Fiko Slovakiya etirazlarında Gürcüstan legionunu günahlandırır

Fiko Slovakiyada hökumət əleyhinə keçirilən etirazlarda Gürcüstan legionunu günahlandırıb.
Elchi.az xəbər verir ki, Ukraynaya bağlı “Gürcüstan legionu” Slovakiyada etiraz aksiyalarının təşkilində iştirak edir. RİA Novosti xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.
“Bizdə olan məlumatlara əsasən təsdiq edə bilərəm ki, Slovakiyada keçirilən mitinqlərin təşkilinin arxasında Gürcüstan Milli Legionu (Rusiya Federasiyasında terror təşkilatı kimi tanınır) dayanır.
Bir gün əvvəl Slovakiya parlamenti lazımi sayda deputat olmadığı üçün yenidən Fiko hökumətinə etimad məsələsi ilə bağlı iclası aça bilməyib.
Yanvarın 15-də Slovakiyada müxalifət rəsmi olaraq Fikonun kabinetinə etimad məsələsinin səsverməyə çıxarılmasını tələb edib. Deputatlar iddia edirdilər ki, baş nazir “Slovakiyanı harasa Moskvaya sürükləyir” və respublikada iqtisadiyyat və səhiyyə ilə bağlı problemlərdə də günahkardır.
Avropayönlü “Progressive Slovakia” partiyasının rəhbəri Mixal Şimeçka bəyan edib ki, ölkə yol ayrıcındadır və Fico ölkənin Avropa İttifaqından çıxması üçün zəmin hazırlayır. Bundan əlavə, Slovakiya müxalifəti Rusiyaya qarşı sanksiyaların əleyhinə olanları vətənə xəyanətdə ittiham edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki