image-erdogan-dan-saldiriyla-ilgili-ilk-aciklama-3315backend

Ərdoğan Suriyaya səfər etmək niyyətindədir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər etmək niyyətindədir və bunu uyğun şərtlər daxilində edəcək.

Elchi.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında deyib.

“Türkiyə prezidentinin belə bir istəyi var. Biz səfərin və onun tarixinin hazırlanması üzərində işləyirik. Şərt olan kimi bu baş tutacaq”, – Fidan bildirib.

Yerli və xarici KİV daha əvvəl Ərdoğanın aprelin sonu – mayın əvvəlində Suriyaya səfərinin mümkünlüyü barədə məlumat yayıb. Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Antalyada keçirilən forumda iştirak edib və tədbir çərçivəsində Ərdoğanla danışıqlar aparıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki