Kolumbiya prezidenti Qustavo Petro və Braziliya prezidenti Luiz İnasio Lula da Silva Uruqvayın keçmiş prezidenti Xose Muxikaya dövlət medallarını təqdim edib, onun siyasi karyerasına və xalqına xidmətinə öz ehtiramlarını bildiriblər.
Elchi.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro Uruqvayın paytaxtı Montevideo yaxınlığındakı fermasında Muxikaya baş çəkib və ona Kolumbiyanın ən yüksək mülki təltifi olan Boyaca ordenini təqdim edib.
Mərasimdəki çıxışında Petro Uruqvay ilə əlaqələrinə toxunaraq deyib:
“Sülhün bir cəmiyyətdə ən vacib və inqilabi şey olduğunu başa düşdük, nəticədə ikimiz də silahlarımızı yerə qoyduq.
Şayəstə Hüseynova