image-d845c80c-5f18-3c56-af76-56626e5ca702_850backend

Çin maraqlarını qorumaq üçün ABŞ-yə qarşı cavab tədbirləri görəcək

Çin ABŞ-nin öz mallarına rüsumları artırmasına cavab olaraq hüquq və maraqlarını qorumaq üçün əks tədbirlər görəcək.

Elchi.az -ın xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatında deyilir.

“Çin kəskin narazılığını və qəti etirazını bildirir, hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün cavab tədbirləri görəcək”, – nazirlik vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pekinin sintetik opioid fentanilin ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə mübarizə üçün kifayət qədər tədbirlər görmədiyinə görə Çin idxalına rüsumların 10 %-dən 20 %-ə yüksəldilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, Ağ Evin sahibi Çinin qadağanedici gömrük rüsumlarının tətbiqinə radikal reaksiya verməyəcəyi barədə fikir bildirib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki