image-abd-cin-cip-otomotiv-2283393_1backend

Çin ABŞ-ın çip sənayesi ilə bağlı araşdırma başlatmasına reaksiya verdi

Çin ABŞ administrasiyasının yerli çip sənayesindəki sənaye siyasətləri və tətbiqləri ilə bağlı araşdırma başlatmasına reaksiya verib və öz hüquq və maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, Çin Ticarət Nazirliyindən verilən açıqlamada, araşdırmanın qlobal sənaye və təchizat zəncirlərinin fəaliyyətini pozacağı, ABŞ-ın biznes və istehlakçılarının maraqlarına zərər verəcəyi bildirilib.
Açıqlamada ABŞ-ın Çinin yerli sənayesini dövlət dəstəyi ilə gücləndirərək qlobal bazara hakim olmağa çalışdığı iddiasına etiraz edilərək, Vaşinqton rəhbərliyinin Çip və Elm Qanunu kimi tənzimləmələrlə öz yerli çip sənayesinə də əhəmiyyətli subsidiyalar verdiyinə diqqət çəkilib.
Açıqlamada xatırladılıb ki, ABŞ çip istehsalçıları qlobal bazarın təxminən 50 faizinə sahibdirlər və Çinin ABŞ-a çip ixracı ABŞ-ın Çinə ixracından çox azdır.
Bəyanatda ABŞ-dan faktlara və çoxtərəfli ticarət qaydalarına hörmət etməyə və yanlış təcrübələrinə dərhal son qoymağa çağırılıb və Çinin istintaqı yaxından izləyəcəyi, hüquq və maraqlarını qorumaq üçün qətiyyətlə bütün lazımi tədbirləri görəcəyi qeyd edilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki