image-24backend

Çilidə nadir pomidor növü aşkar edilib

Nadir endemik pomidor növü olan və nəsli kəsildiyi güman edilən “Solanum sanfurgoi” Çilidə 130 ildən sonra yenidən kəşf edilib.

Elchi.az xəbər verir ki, bu barədə “El Ciudadano” elmi nəşrindən məlumat verilib.

Bitki ölkənin mərkəzi regionunda Mauli çayının sahilində tapılıb.

Tədqiqatçılar qrupu kiçik bir ərazidə cəmi 12 nümunə qeydə alıb. Bu qədər məhdud populyasiyaya görə bitki nəsli kəsilməkdə olan növlərə aid edilib. İş zamanı mütəxəssislər nəinki Solanum sanfurgoi-nin mövcudluğunu təsdiqlədilər, həm də onun taksonomik mövqeyini aydınlaşdırdılar. Bu növün əvvəlcə başqa bir pomidor növü olan “Solanum grandidentatum” olduğu düşünülürdü.

Bu bitkinin yenidən kəşfi alimlərin və yerli sakinlərin əməkdaşlığı sayəsində mümkün olub..

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki