Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ABŞ nazirlərinin G20 xarici işlər və maliyyə nazirlərinin iclaslarına qatılmamasının “dünyanın sonu deyil” olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Ramafosa , Cənubi Afrikanın Yohannesburqda ev sahibliyi etdiyi G20 Xarici İşlər Nazirlərinin Birinci Toplantısında mətbuat konfransında ABŞ-ın G20 Xarici İşlər və Maliyyə Nazirləri toplantısına qatılmamasına toxunub.
ABŞ rəhbərliyinin G20 toplantılarına qatılmama qərarının onlara qarşı embarqo mənasını vermədiyini qeyd edən Ramaphosa, “ABŞ ilə yaxşı əlaqələr inkişaf etdirməkdə qərarlıyıq və artıq bir çox əlaqələr qururuq. Xarici işlər nazirinin (Marko Rubionun) görüşə qatılmaması qatar qəzası deyil, çünki ABŞ G20-nin bir parçasıdır və hələ də burada təmsil olunur”,- deyib.
“Böyük iyirmilik ailəsi bir araya gələrək mühüm məsələləri müzakirə edə və bəyannamə qəbul edə bildikcə, bəzi liderlərin iştirak etməməsi dünyanın sonu deyil”, – Ramafosa bildirib.
ABŞ dövlət katibi Marko Rubio iki ölkə arasında torpaq qanunları ilə bağlı mübahisələrə görə Cənubi Afrikada keçiriləcək G20 Xarici İşlər Nazirlərinin Birinci Toplantısına qatılmayacağını bildirib.
ABŞ Maliyyə Naziri Scott Bessent də 24-27 fevral tarixlərində Keyptaunda keçiriləcək Maliyyə Nazirləri və Mərkəzi Bank Rəhbərləri Toplantısına sıx iş qrafiki səbəbindən qatıla bilməyəcəyini açıqlayıb.
Nuranə Məmmədova