Çadın paytaxtı NĪdamine şəhərində Prezident Sarayının yerləşdiyi ərazidə silah səsləri eşidilib. Çad hökumət rəsmiləri vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, yerli vaxtla saat 19:45 radələrində Çadda Prezident Sarayının ətrafında atəş səsləri eşidilib.
Saray mənbələri silahlı şəxslərin avtomobillə kampusa girməyə cəhd etdiyini və prezident mühafizəçilərinin cəhdin qarşısını aldığını bildirib.
Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman Kulamallah prezident sarayının qarşısında açıqlama verib.
Şayəstə Hüseynova