image-3backend

Britaniya Ukraynaya elit döyüşçülərini göndərdi…

Böyük Britaniya Ordu Xüsusi Əməliyyatlar Briqadasının yeni yaradılmış elit bölməsindən 30-a yaxın döyüşçünü Ukraynaya yerləşdirib.

Alp.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Telekanalın məlumatına görə, bir qrup döyüşçü Ukrayna hərbçilərinə Britaniyanın təqdim etdiyi yeni tank əleyhinə silahlardan istifadə etməyi öyrətmək üçün Ukrayna ərazisinə gəlib.

Hərbçilərin reyndjer-ovçu alayına aid olduğu da qeyd edilir. Bu arada Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında Ordunun Xüsusi Əməliyyatlar Briqadasının tərkibinə dörd ovçu taborunun daxil olduğu bildirilir. Nazirliyin planlarına görə, bu bölmələr “müttəfiqlər və tərəfdaşlarla qarşılıqlı əlaqədə olmaq və Böyük Britaniya və onun maraqlarına təhlükə törətdikləri yerdə düşmənlərlə mübarizə aparmaq üçün bütün dünyada mövcud olacaq”.

Yanvarın 19-da Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi ölkənin Ukrayna silahlı qüvvələrini özünümüdafiə üçün bir neçə min yüngül tank əleyhinə raketlə təchiz etdiyini açıqlayıb.

“Ukraynalılar qürurlu suveren xalqdır və onlar öz ölkələrinin hər qarışını müdafiə etməyə hazırdırlar” deyə ingilis anzir müavini bildirib.Moderator.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki