Avropa geosiyasi oyunçu rolunu iddia etmək istəyirsə, o zaman “güc dilini öyrənməlidir”.
Elchi.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell assosiasiyanın xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasına gələrkən deyib.
“Hərəkətə keçmək üçün həftələr və aylar lazım olsa, geosiyasi güc olduğunu iddia edə bilməzsən… Həmkarlarıma son çağırışım: daha bir olun, daha sürətli qərarlar qəbul edin. Sizi hadisələr gözləmir”, – diplomat qeyd edib.
Borrell əlavə edib ki, mandatının əvvəlində Aİ-ni “güc dilini öyrənməyə” çağırıb. Onun fikrincə, bunun üçün assosiasiyaya üzv olan ölkələrin birləşməsi lazımdır.
Daha əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Aİ ölkələrinin xarici işlər nazirləri və müdafiə nazirləri noyabrın 18-19-da Ukrayna qoşunlarının Avropadan gətirilən silahlarla Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətlərin ləğvini müzakirə edəcəklər.
Nuranə Məmmədova