İsrailin baş naziri Benyamin Netanyahu və ailəsinin rüşvət və korrupsiya şəbəkəsini ifşa edən sənədli film bütün dünyada yayımlanmağa hazırlaşır. Oskar mükafatına namizəd olacağı gözlənilən filmdə Netanyahu ailəsinin hətta polisi də təhdid edən görüntüləri yer alıb. Hökumətin təzyiqi səbəbindən film hələlik İsraildə nümayiş oluna bilmir.
Elchi.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun dayandırmağa çalışdığı “The Bibi Files” vizual istehsalı bütün dünyada nümayişə hazırlaşır. Benyamin Netanyahu və ailəsinin rüşvət, korrupsiya və qeyri-qanuni sövdələşmələrini üzə çıxaran, əvvəllər yayılmamış polis sorğu-sual görüntüləri ilə müşayiət olunan istehsal hökumətin təzyiqi səbəbindən İsraildə yayımlana bilmir. Hətta Netanyahunun “mühakimə olunmamaq üçün Qəzzada qəsdən müharibəyə başladığı” iddiasının da yer aldığı istehsalın Oskar mükafatına namizəd olacağı gözlənilir. İstehsalda həmçinin Netanyahu və ailəsinin qanunları pozan və məhkəmə sistemini təhdid edən görüntüləri diqqəti cəlb edir.
Şayəstə Hüseynova