Belarus Təhlükəsizlik Şurası: Lukaşenko və Putinin öz “qırmızı düymələri” var.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun öz “qırmızı düymələri” var, hər biri “nüvə çamadanını” özü idarə edir.
Sputnik.Belarus agentliyinə istinadən xəbər verir ki, bunu Respublika Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
“Hər bir prezidentin öz “qırmızı düyməsi”, öz portfeli və nüvə çamadanı var” deyib.
Volfoviçin qeyd etdiyi kimi, Belarus ərazisində yerləşən nüvə silahından yalnız bu ölkənin prezidenti istifadə etmək hüququna malikdir. Eyni vəziyyət Rusiyada da var.
Putin bundan əvvəl Rusiya və Belarus arasında İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş layihəsini təsdiqləyib – bugünkü görüşdə iki ölkənin prezidentləri imzalayacaqlar. Kreml qeyd edib ki, sənəd ilk növbədə strateji problemləri həll edir və taktiki nüvə silahı məsələlərinə toxunmur.
Şayəstə Hüseynova