Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.
Elchi.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
09.04.2022-ci il təvəllüdlü Rövşən Həzi oğlu Süleymanov yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.
Onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib.