“Nikol Paşinyan Rusiya üçün kimdir? Rus dilində normal danışmağı bilməyən biri, siyasətdən başı çıxmayan biri. Bəs Qərb üçün Nikol Paşinyan kimdir? İngilis dilində pis danışan biri. Ermənistan və onu idarə edənlər revanş haqqında düşünürlər. Bu yanlış siyasətdir”- Bu fikirləri “Russian Life” jurnalının baş redaktoru, analitik Dmitri Oljanski səsləndirib.
Alp.az xəbər verir ki, analtik Rusiya- Azərbaycan münasibətlərinə də toxunub:”Rusiya ilə Azərbaycanın münasibətləri çox yaxşıdır. Erməniləri kimsə Qarabağda revanşa həvəsləndirir. Amma bu onların sonu ola bilər. O, zaman Azərbaycan iki günə Qarabağda aniterror əməliyyatı keçirməklə məsələni kökündən həll edəcək.”