Avstraliyanın qərb sahillərində 11 il əvvəl itən “Malaysia Airlines”a məxsus “Boeing 777-200” təyyarəsinin yeni axtarışlarına başlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə “9News” telekanalı məlumat yayıb.
Malayziya hökuməti ilə müqavilə imzalayan Amerikanın “Ocean Infinity” şirkəti tərəfindən həyata keçirilən axtarışlar təxminən 15 min kv.km ərazini əhatə edəcək və Avstraliyanın şərq sahilindəki Pert şəhərindən təxminən 1 500 km aralıda aparılacaq.
Bildirilir ki, işlər nisbətən kiçik ərazidə aparılacağı üçün bu, onu daha məqsədyönlü və əsaslı edəcək.
“Boeing 777-200” təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə havaya qalxıb və təxminən iki saat sonra radar ekranlarından itib.
Qeyd edək ki, Təyyarədə 227 sərnişin və 12 ekipaj üzvü olub. 2015-ci ilin yanvarında Malayziya səlahiyyətliləri təyyarənin qəzaya uğradığını və göyərtəsində olan hər kəsin öldüyünü etiraf edib. Təyyarənin qalıqları hələ də tapılmayıb.
Xavər