image-47backend

AP: “Oreşnik” ABŞ-da bunkerlərə və bomba sığınacaqlarına tələbatı artırdı

ABŞ-da bunkerlərin və sığınacaqların satışı bazarı 137 milyon dollardan 175 milyon dollara qədər artıb.

Elchi.az bildirir ki, bu barədə Associated Press (AP) “BlueWeave Consulting” tədqiqatına istinadən məlumat yayıb.

Atlas Survival Shelters bunker şirkətinin baş direktoru Ron Hubbard agentliyə “Rusiya nüvə başlıqları olmayan ən son “Oreşnik” orta mənzilli ballistik raketlərini istifadə etdiyi gün telefonum dayanmadan çalırdı”,-deyib.

Hubbardın sözlərinə görə, artan iğtişaşlar, nüvə və ya terror hücumları təhlükəsi bomba sığınacaqlarının satışının artmasına təsir edir. Xüsusilə, Ukrayna və Yaxın Şərqdə koronavirus (COVID-19) pandemiyası və münaqişələr qoruyucu strukturların satışının artmasına səbəb olub.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki