İfrat sağçı Almaniya üçün Alternativ Partiyanın 23 fevral 2025-ci il tarixində keçirilməsi gözlənilən seçkilərdə iqtidar qazanacağı təqdirdə Avropa İttifaqından (AB) çıxmaq və pul vahidi olaraq Avro əvəzinə Alman Markına qayıtmaq istədiyi bildirilir.
Elchi.az xəbər verir ki, AfD-dən verilən açıqlamaya görə, 11-12 yanvar 2025-ci ildə keçiriləcək AfD konfransının əsas təklifi olaraq hazırlanan proqram layihəsi nümayəndələrə göndərilib.
Proqram layihəsində AfD-nin hakimiyyətə gələcəyi təqdirdə Aİ-dən çıxacağı və Avro əvəzinə Alman Markının istifadə ediləcəyi bildirilib.
Proqram xarici sərhədlərin qeyri-qanuni miqrasiyaya qarşı qorunmasını və Aİ və Avro-nun ləğvi ilə bağlı referendumun keçirilməsini nəzərdə tuturdu.
AfD Almaniyada köhnəlmiş nüvə enerjisinin qaytarılmasını və Rusiyadan Şimal axını boru kəmərləri vasitəsilə qazın tədarükünü istəyir.
Rusiyaya qarşı iqtisadi sanksiyaların qaldırılmasının istəndiyi proqramda Ukraynaya qarşı müharibənin Avropa sülh nizamını pozduğu bildirilir.
Proqram layihəsinin yanvarın 11-də partiyanın seminarında qəbul ediləcəyi gözlənilir.
Şayəstə Hüseynova