“ABŞ və Rusiya nümayəndə heyətləri Səudiyyə Ərəbistanında keçirilən görüşdə ərazi məsələlərini müzakirə etməyiblər”.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
“Biz ərazilərlə bağlı heç bir konkret məsələni müzakirə etmədik, heç birini, çünki görüşün məqsədi bu deyildi”, o, jurnalist Ketrin Herriclə müsahibəsində özünün X səhifəsində bildirib. Görüşün məqsədi sülhün müzakirəsinə real marağın olub-olmadığını öyrənmək idi.
Yeganə