image-tag_reuters-com-2024_newsml_lynxmpekab00x_12024-11-12t013002z_1_lynxmpekab00x_rtroptp_3_usa-election-trumpbackend

ABŞ-ın gələcək dövlət katibi xarici siyasət strategiyasını açıqlayıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən dövlət katibi təyin edilən Marko Rubio güclü mövqedən sülhü təmin etmək və ölkənin maraqlarını hər şeydən üstün tutmaq niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Dövlət katibi kimi mən onun xarici siyasət proqramını həyata keçirmək üçün hər gün çalışacağam”. Prezident Trampın rəhbərliyi altında biz sülhü güclü mövqedən təmin edəcəyik və həmişə amerikalıların və Amerikanın maraqlarını birinci yerə qoyacağıq”, – Rubio bildirib.
O, həmçinin əlavə edib ki, o, yeni vəzifəyə təsdiqlənəcəyi ABŞ Senatında dəstək gözləyir. Trampın sözlərinə görə, Rubio millətin güclü müdafiəçisi, müttəfiqlərin əsl dostu və heç vaxt düşmənlərə boyun əyməyən qorxmaz döyüşçü olacaq hörmətli lider və azadlığın qüdrətli səsidir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki