image-24backend

ABŞ Husi liderlərinə sanksiya tətbiq etmək qərarına gəlib

ABŞ Yəməndə İranın dəstəklədiyi husilərin 7 yüksək rütbəli üzvünə silah qaçaqmalçılığı və silah tədarükü müqavilələrindəki rolu səbəbilə sanksiya tətbiq etmək qərarına gəlib.

Elchi.az bu barədə “BBC”yə istinadən xəbər verir.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada Rusiya, Çin və İrandakı tədarükçülərdən silah tədarük edərək Qırmızı dənizin təhlükəsizliyini təhdid etdikləri ifadə edilən husilərə qarşı atılan yeni addımların təfərrüatları paylaşılıb.

Bu çərçivədə açıqlamada, Ənsarullah təşkilatının husilər olaraq da bilinən 7 yüksək rütbəli üzvünə silah qaçaqmalçılığı və silah tədarükü müqavilələrindəki rolu nəticəsində sanksiya tətbiq ediləcəyi, yəmənli mülki vətəndaşları Ukraynada Rusiya xəttində döyüşmək üçün cəlb etməkdə qərarlı olan bir şirkətə qarşı lazımi addımların atılacağı ifadə edildi.

Bəyanata görə, bölgədə husilərin nəzarətini aradan qaldırmaq üçün Yəmən hökuməti ilə birlikdə çalışacağıq.

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken husiləri 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb. Sözügedən qərarın Yəməndə humanitar vəziyyətin son dərəcə pisləşməsi ilə əlaqədar qəbul edildiyi bildirilib.

ABŞ-ın hazırkı dövlət katibi Marko Rubio martın 4-də Yəməndə İranın dəstəklədiyi husiləri xarici terror təşkilatları siyahısına rəsmən əlavə etdiklərini açıqlayıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki