Göyərtəsində dörd nəfərin olduğu ABŞ hərbi təyyarəsi Norveçin şimalında qəzaya uğrayıb.
ABŞ Dəniz Piyadaları Korpusunun 2-ci Ekspedisiya Qüvvələrinin mətbuat xidməti məlumatı təsdiqləyib.
Norveç mülki hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatı aparır.
Təyyarə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edib.