Silahlı dəstə üzvləri olduğu güman edilən şəxslərin Haitiyə sərnişinləri daşıyan American Spirit Airlines şirkətinə məxsus təyyarəni atəşə tutmasından sonra ABŞ Federal Aviasiya İdarəsi ABŞ-dan Haitiyə uçuşları 30 gün müddətinə dayandırıb.
Elchi.az xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) Kaliforniyadan Port-o-Prinsə uçan sərnişin təyyarəsinin enişi zamanı atəş açılması ilə bağlı açıqlama verib.
Açıqlamada, “təhlükəsizlik vəziyyətində davam edən qeyri-sabitlik və digər təhlükəsizlik riskləri” səbəbiylə bütün Amerika hava yollarının Haitiyə uçuşlarının 1 ay müddətinə dayandırıldığı bildirilib.