image-download-87backend

ABŞ BMT-nin Rusiya əleyhinə qətnaməsini geri götürməyə çağırır

ABŞ hakimiyyəti Ukrayna və Aİ-ni BMT Baş Assambleyasının fevralın 24-də səsverməyə çıxaracağı anti-Rusiya qətnamə layihəsini geri götürməyə çağırıb.
Elchi.az
xəbər verir ki, bu barədə “Financial Times”  məlumat verib.
Ukrayna böhranı başlayandan bəri ilk dəfə olaraq Birləşmiş Ştatlar BMT Baş Assambleyasının Kiyevi dəstəkləyən və Moskvanı pisləyən qətnamə layihəsinin həmmüəllifləri sırasında olmayıb.  ABŞ rəsmisi və avropalı diplomat ABC News-a bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya təzyiq edib , lakin Kiyev qətnamə layihəsini geri götürməkdən imtina edib.
ABŞ prezidenti Donald Trampın administrasiyası da onun təklifinin daha güclü BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasını istəyir. Fevral ayında Təhlükəsizlik Şurasına sədrlik edən Çin ABŞ-ın qətnaməsi ilə bağlı səsverməni fevralın 24-ü günortaya  təyin edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki