ABŞ-ın Nevada ştatındakı Diamond Peak xizək kurortunda 7 yaşlı qız üzərinə qayanın düşməsi nəticəsində ölüb. Uşağın ailəsi çox üzgün olduqlarını bildirərkən, hadisə ilə bağlı araşdırma başladılıb.
Elchi.az xəbər verir ki, “Daily Maili”n məlumatına dəhşətli hadisə ötən ABŞ-ın Nevada ştatındakı “Diamond Peak” xizək kurortunda baş verib.
Yeddi yaşlı Adelin Qrayms xizək sürərkən üzərinə daş düşməsi faciə ilə üzləşib.
Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları bütün müdaxilələrə baxmayaraq kiçik qızı xilas edə bilməyib. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada kiçik qızın sinəsindən ağır zərbə aldığı və nəticədə öldüyü qeyd edilib.
Nuranə Məmmədova