Yaponiyada 2024-cü ildə orta temperatur indiyədək ən yüksək həddə çatıb.
Elchi.az xəbər verir ki,Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatlarına görə, 2024-cü ildə ölkədə qeydə alınan orta temperatur müqayisəli məlumatların ilk qeydə alındığı 1898-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Müvafiq olaraq, 2024-cü ilin yanvar-dekabr dövründə orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 1,48 dərəcə yüksək olaraq qeydə alınıb.
“Uzunmüddətli perspektivdə Yaponiyada havanın temperaturu hər əsrdə 1,4 dərəcə Selsi artır”, – JMA-nın bəyanatında deyilir.
İl ərzində bütün ölkə üzrə qeydə alınan ən yüksək temperatur iyulun 29-da Toçiqi əyalətində 41 dərəcə olub.
İstilər yaydan sonrakı dövrdə təsirli olmağa davam edərkən, paytaxt Tokioda oktyabrın 19-da ən yüksək temperatur 30,1 dərəcə olaraq ölçüldü.
Ölkənin ən yüksək dağı olan Fuci-sanda məşhur qar örtüyünün 2024-cü ilin noyabr ayının əvvəlinə qədər görünməyəcəyi bildirilib.
Orta temperaturun artmasına qlobal istiləşmə və qərb küləklərinin təsirinin hiss olunduğu vurğulanıb.
Şayəstə Hüseynova