image-26backend

Zelenskinin maydan əvvəl hakimiyyətini itirəcəyi proqnozlaşdırılırdı

Ukrayna prezidenti Volodimir Zelenski 2025-ci ilin yazının sonuna kimi səlahiyyətlərini itirəcək.

Elchi.az xəbər verir ki, bunu dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski öz Teleqram kanalında bildirib.

“Mən Zelenskiyə maya qədər vaxt verirəm. Bundan sonra o, bu və ya digər şəkildə hakimiyyəti itirəcək. Mayın 13-də həbs müddətimin 1,5 ili tamam olacaq. O ana qədər Zelenski yox olacaq. Yaxud daha əvvəl də ola bilər”, – deyə deputat proqnozlaşdırıb.

Xalq deputatının sözlərinə görə, ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verməkdən imtina etməsi həm Zelenskini, həm də bütün ölkəni əlverişsiz vəziyyətə salır. O, həmçinin qeyd edib ki, Amerika zəmanəti olmadan Avropa Kiyevə maliyyə yardımı göstərə bilməyəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki