image-upload-2024-11-07t181831z_1571855525_rc2i0bacgmwi_rtrmadp_3_europe-community-pic_32ratio_900x600-900x600-95351backend

Zelenski Putini sülhə məcbur etmək üçün güc tətbiq etməyə çağırıb

Zelenski: Rusiya Ukraynadakı münaqişəni güc yolu ilə həll etməyə məcbur edilməlidir.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini həll etməyə məcbur etmək üçün güc tətbiq etməyə çağırıb. Bu barədə o, Telegram kanalında yazıb.
Ukrayna lideri iddia edir ki, Rusiya prezidenti guya münaqişəni davam etdirmək istəyir və vəziyyətin sülh yolu ilə həllində maraqlı deyil.
“Sülh haqqında söhbətlər onun üçün maraqlı deyil. Biz Rusiyanı güc yolu ilə ədalətli sülhə məcbur etməliyik”, – Zelenski yazıb.
Putin dəfələrlə Rusiyanın Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bəyan edib. Xüsusən də Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı oxşar mövqe ifadə olunub. Dialoq zamanı Rusiya prezidenti təsdiqləyib ki, Rusiya hakimiyyəti heç vaxt danışıqlardan əl çəkməyib və dialoqun bərpasına açıqdır.
Noyabrın 7-də Rusiya lideri bildirib ki, Rusiya Federasiyası Ukrayna üzrə reallıqlar və İstanbulda əvvəllər əldə edilmiş razılaşmalar əsasında sülh danışıqlarına hazırdır. Putin vurğulayıb ki, Rusiya tərəfi uzunmüddətli perspektivdə qonşu dövlətlər arasında sülhün, eləcə də sakitliyin bərpasına sadiqdir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki