Ukrayna Prezidenti İqor Tantsyuranı yeni komandan təyin edib
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinə yeni komandir təyin edib. Alp.az UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifəyə general-mayor İqor Tantsyura təyin edilib. Bu postda o, Yuri Qaluşkini əvəz edib.
Komandir dəyişikliyinin səbəbləri açıqlanmır.
Bundan əvvəl Ukraynanın müdafiə naziri Oleq Reznikov bildirmişdi ki, ölkə hərbi əməliyyatlarda iştirak edən hərbçilərin sayını bir milyon nəfərə çatdırmalıdır. Onun sözlərinə görə, hazırlıq tədbirləri və səfərbərlik, eləcə də hakimiyyətin lazımi addımları nəticəsində ölkənin müdafiəsi təşkil edilib.ayna.az