image-61backend

“Yeni metal sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət vermir”-NYT

“The New York Times” yazır ki, ABŞ və Ukrayna Vaşinqtona Kiyevin təbii sərvətdən əldə etdiyi gəlirin bir hissəsini verəcək, lakin Ukraynanın təhlükəsizliyinə zəmanət verməyən razılaşmaya yaxındırlar.

Elchi.az-ın xəbərinə görə, bazar ertəsi müzakirə edilən sazişin yeni variantında Ukrayna üçün əvvəlki layihələrlə müqayisədə daha əlverişli şərtlər var, lakin Kiyevin tələb etdiyi təhlükəsizlik təminatları yer almayıb.

Qəzet Ağ Ev rəsmilərinə istinadən qeyd edir ki, “Ukrayna ilə bu iqtisadi razılaşma Rusiya ilə münaqişədə gələcək yardıma zəmanət verməyəcək”. Nəşrin məlumatına görə, Volodimir Zelenski “bu və ya gələn həftə” sənədi imzalamaq üçün ABŞ-a gələ bilər.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki