Milan İnstitutunun aparıcı neyrofizioloqu Canluka Ferrarini MedNews.it portalına müsahibəsində xroniki stress zamanı insan orqanizmi sağlam qidadan daha az qida maddəsi çıxarır.
Elchi.az xəbər verir ki, italyan alimlər qrupu müxtəlif yaş qruplarından 150 könüllünün iştirak etdiyi genişmiqyaslı araşdırma aparıb.
Təcrübədə iştirak edənlər sağlam yağlar və antioksidantlarla zəngin olan bol meyvə, tərəvəz, giləmeyvə, balıq, quş əti və dəniz məhsulları yemək tələb edən Aralıq dənizi pəhrizinə əməl ediblər.
İştirakçıların qanında iltihablı biomarkerlərin təhlili göstərdi ki, iltihabəleyhinə sitokinlərin (xüsusi molekullar) səviyyəsi xroniki stress şəraitində orqanizmdə yüksək olaraq qalır ki, bu da insanın qida maddələrini səmərəli şəkildə mənimsəmə qabiliyyəti ilə bağlıdır.
Stressin təsiri xüsusilə 45 yaşdan yuxarı qadınlarda özünü göstərdi. Bu yaş qrupunun iştirakçılarında metabolik pozğunluqlar müşahidə olunub və qida maddələrinin udulmasına cavabdeh olan fermentlərin fəaliyyəti 60-70% azalıb.
Yeganə