Braziliya Ali Məhkəməsi, açılışı üçün lazımi istəkləri yerinə yetirən X sosial media platformasına girişin bərpa ediləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, məhkəmənin internet saytında dərc edilən açıqlamada ABŞ-lı milyarder İlon Maska məxsus X platformasının məhkəmənin bəzi hesabların bağlanması, cərimənin ödənilməsi və ölkəyə qanuni nümayəndə təyin edilməsi kimi tələblərini yerinə yetirdiyi bildirilib.
Müvafiq olaraq, braziliyalı istifadəçilər avqustun 31-də ölkədə bloklanan X platformasından yenidən istifadə edə biləcəklər.
Şayəstə Hüseynova