image-ukraynadan-rusyaya-saldiri-5-olu-37-yarali-jhxebackend

Ukraynadan Rusiyaya hücum: 5 ölü, 37 yaralı

Ukraynanın Rusiya ilə sərhəddə yerləşən Belqorod vilayətində həyata keçirdiyi hücumlarda 5 nəfər ölüb, 37 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Ukrayna və Rusiya arasında qarşılıqlı hücumlar davam edir. Ukrayna növbəti dəfə Rusiyanın sərhəd bölgəsi olan Belqorodu hədəfə alıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov açıqlamasında dünən axşam saatlarında həyata keçirilən hava zərbələri nəticəsində biri qadın olmaqla 5 nəfərin hadisə yerində öldüyünü, 6-sı uşaq olmaqla 37 mülki vətəndaşın yaralandığını bildirib.
Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verən Qladkov 3-ü uşaq olmaqla 10 yaralının vəziyyətinin ağır olduğunu bildirib. Hücum nəticəsində binaların zərər gördüyünü, ən azı 20 avtomobilin də zərər gördüyünü bildirən Qladkov əraziyə gedərək səlahiyyətlilərdən məlumat alıb.
Digər tərəfdən, dünən Rusiya Ukraynaya hücuma keçdi. Rusiyanın Xarkov şəhərində 12 mərtəbəli yaşayış binasına və uşaq meydançasına idarə olunan bomba ilə həyata keçirdiyi hücumda biri uşaq olmaqla 7 nəfər həyatını itirib, 77 nəfər yaralanıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki